Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 05:58

Ölən aksiyaçıların sayı 80-i keçib


Əfqanıstan, intiharçı bomba hücumundan sonra (arxiv fotosu)

Əfqanıstanın paytaxtı Kabildə etiraz aksiyası zaman ölən etnik xəzərlərin sayı 80-i keçib. 230 nəfərdən artıq yaralı var.

Partlayışı «İslam Dövləti» qruplaşması (İŞİD) üstünə götürüb.

Hadisə iyulun 23-də baş vermişdi. Əfqanıstanda yaşayan etnik xəzərlər yaşadıqları məhəlləyə elektrik xətti çəkilməsi tələbi ilə küçələrə çıxmışdı. Aksiyaçılar arasına girən iki nəfər özünü partlatmışdı.

Kökləri Monqolustan və Orta Asiyaya gedib çıxan xəzərlər ölkənin ən savadlı, ancaq ən yoxsul təbəqəsini təşkil edir.

XS
SM
MD
LG