Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:05

Bu il Araqlıq dənizində 3 minədək qaçqın batıb


Foto arxiv

Təkcə bu il Aralıq dənizindən İtaliyaya 80 mindən çox miqrant keçib.

Bu barədə Beynəlxalq miqrasiya təşkilatı məlumat yayıb.

Həmçinin bu il Araqlıq dənizində Avropaya keçmək istəyən 3 minədək qaçqının batdığı bildirilir.

Liviya sahilləri yaxınlığında rezin qayıqda aşkar edilən 22 miqrantın cəsədi isə iyulun 22-də Siciliya sahilindəki Trapani limanına çatdırılıb.

Onlar İtaliyaya keçmək istəyirmişlər.

Onlardan 21-i qadın, 1 isə kişidir.

Sərhədsiz Həkimlər Təşkilatının nümayəndəsi Erna Riynieks onların gənc olduqlarını deyir.

Aralıq dənizində keşik çəkən hərbi gəmi , iki qayıqda olan 209 miqrantı xilas edib.

Onlardan 50-si uşaqdır.

Amma qayıqlardan birinin dibində 22 miqrantın meyiti aşkar edilib.

Onların tüstüdən boğulduqları güman edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG