Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:43

Erdoğan S&P-yə əsəbiləşdi


Türkiyə
Türkiyə

Beynəlxalq kredit reytinqi agentliyi S&P gözlənilən Türkiyə qərarını açıqlayıb.

Agentlik artan siyasi risklərə görə Türkiyənin reytinqini endirdiyini bildirib. S&P Türkiyənin "BB+" olan reytinqini "BB"-yə salıb. Proqnoz isə "neqativ"dir.

S&P-nin açıqlamasında "dövlət çevrilişi cəhdi ilə artan qeyri-müəyyənlik Türkiyənin xarici maliyyələşmə imkanını və kapital axınını məhdudlaşdıra bilər. İnstitusional nəzarət mexanizmlərini də zəiflədəcəyinə inanırıq" deyilir.

Bazarın bağlanışından sonra açıqlanan qərarın ardından dolar/lirə məzənnəsi 3,08-i aşıb.

ERDOĞAN ƏSƏBİLƏŞDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "S&P-nin reytinq qərarına münasibət bildirib.

"S&P, Türkiyənin kredit reytinqini "BB+"dan "BB"yə, görünüşünü (proqnozunu) də "sabit"dən "neqativ"ə endirib. Türkiyə ilə sənin nə əlaqən var? Türkiyə sənin bu anda onsuz da üzvün filan deyil. Daha əvvəl də bunları etdin. Bizim səninlə əlaqəmiz yox dedik və kəsdik əlaqəni. Hazırda siyasi bir qərar açıqlayır, özünə görə. Yəni mən bunu açıqlasam, görəsən Türkiyədə investisiyalar dayanar? S&P boşuna məşğul olma, bizimlə hələ heç məşğul olma. Eyni şeyləri bundan əvvəl də görmüsünüz, amma alınmadı və bu gün də alınmayacaq. Qərarlı bir şəkildə investisiyalara necə davam edəcəyik, görəcəksən. Bax, Osman Qazi Körpüsünü açdıq. İndi 26 Avqustda Yavuz Sultan Səlim Körpüsünü də açacağıq. 20 Dekabrda inşallah Avrasiya Tunelini. Boğazın altından onu da açacağıq. Sizin gücünüz, bizim bu layihələrin nə açılmasına, nə də aparılmasına mane ola bilməz. Biz bunlara davam edəcəyik".

XS
SM
MD
LG