Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 11:56

Yerevanda 45 nəfər yaralanıb


Yerevan, 20 iyul, 2016-cı il

-

Yerevanda polis idarəsində girovlar saxlayan silahlı qrupun tərəfdarları polislə toqquşub. Səbəb də odur ki, onların silahlılara ərzaq göndərmək təklifi qəbul edilməyib.

Etirazçılar polis kordonunu yarmağa çalışıb, bundan sonra polis onları dağıtmaqdan ötrü səs qumbaralarından istifadə edib.

Səhiyyə Nazirliyi 45 nəfərin xəstəxanaya aparıldığını deyir, onlardan 20-si polis əməkdaşlarıdır.

TASS xəbər verir ki, Ermənistan Sosialist Partiyasının sədri Movses Shaverdian ciddi xəsarətlər alıb, başında da yara var.

Etiraz iyulun 21-nə keçən gecə davam edib, 2 min etirazçı polis kordonları qarşısında barrikadalar qurub.

AzadlıqRadiosunun erməni xidmətinin hadisə yerində olan müxbiri asfalt üzərində qan ləkələri gördüyünü deyir.

Silahlılar Erebuni polis idarəsinə iyulun 17-də hücum ediblər, bir polis əməkdaş ölüb, altı nəfər yaralanıb. O vaxtdan hələ də dörd polis əməkdaşı girovluqdadır.

Hücum edənlər ötən ay həbs olunmuş liderlərinə azadlıq tələb edirlər.

XS
SM
MD
LG