Türkiyə prezidenti Recep Tayyip Erdoğan ötən cümə baş vermiş çevriliş cəhdinin ardınca iyulun 20-dən 21-ə keçən gecə ölkədə üç aylıq fövqəladə vəziyyət elan edib.
Prezidentin bu bəyanatı Ankarada keçirilən hökumət kabineti iclasından sonra səslənib.
Cənab Erdoğan deyib ki, fövqəladə vəziyyət “təhlükənin mümkün qədər tez zamanda aradan qaldırılması üçün lazımdır”.
O deyib ki, bu, “demokratiya, qanunun alililiyi və azadlığın gücləndirilməsi” naminə edilir.
Prezident çevriliş cəhdi zamanı “dövləti müdafiə edərkən ölənləri” “şəhid” adlandırıb.
Bundan az əvvəl rəsmi Ankara, hakim AKPhökumətinə aid email-lərin açıqlanmasının ardınca Wikileaks saytının bloklanmasına göstəriş vermişdi.
Son xəbərlərə görə “çevriliş cəhdində əli olduğu güman edilən” 99 general və admirala qarşı cinayət işləri açılıb.