Keçid linkləri

2017, 22 May, Bazar ertəsi, Bakı vaxtı 21:30

Böyük Britaniyanın baş naziri Almaniyaya gedib


Angela Merkel və Theresa May

Böyük Britaniyanın baş naziri Theresa May Almaniyaya rəsmi səfərə gedib.

O, Almnaiya kansleri Angela Merkellə görüşüb.

Görüşün əsas mövzusu Böyük Britaniyanın Avropa Birliyindən çıxması olub.

Theresa Mayın həmçinin Fransaya səfəri gözlənilir.

May bundan əvvəl ölkə parlamentində çıxış edərkən britaniyalıların iyunun 23-də keçirilən referendumda Avropa Birliyindən çıxmağa səs verməsinin immiqrasiya probleminə dəqiq mesaj olduğunu deyib: ”Xalq Avropa Birliyindən azad hərəkətə nəzarət etmək istəyir və bu gələcək danışıqların predmeti olacaq” , deyə o bildirib.

Theresa Mayın sözlərinə görə, məqbul səviyyəyədək təmiz miqrasiya həyata keçirilməlidir.

O bildirib ki, Avropa Birliyi ölkələrindən olan miqrant axınına nəzarət üçün vaxt lazımdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG