Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:05

'Deputatın qardaşı qızı' 32 min dolları qaytarmır


İllüstrasiya (©Shutterstock)
İllüstrasiya (©Shutterstock)

-

Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Vahid Əhmədovun qardaşı qızı olduğunu deyən Nigar Əhmədovanın mühakiməsi başlayıb.

O, bir neçə il əvvəl Rüfət Əliyev adlı vətəndaşı "Kapitalbank"da filial müdiri təyin etdirmək adı ilə ondan 32 min 500 dollar alıb qaytarmamaqda təqsirləndirilir.

Hazırda həbsdə olan Nigar Əhmədovaya qarşı CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

İyulun 20-də keçirilən məhkəmə iclasında Nigar Əhmədova ifadə verərək bildirib ki, özünü təqsirli bilmir.

Çünki pulu işə düzəltmək üçün yox, anasının xəstəliyilə əlaqədar borc məqsədilə alıb. Sonra isə imkansızlıq üzündən qaytara bilməyib.

Buna da bax: 'Mənə satılan evi başqası təmir edir...'

Rüfət Əliyev isə məhkəmədə deyib ki, ondan pul borc kimi yox, məhz işə düzəltmək adı ilə alınıb. O, həmçinin pulunun geri qaytarılmasını tələb edib.

İş materiallarında Nigar Əhmədovanın özünün yazıb imzaladığı bir qeyd var. Orada pulu işə düzəltməkdən ötrü aldığını göstərib. Bu məsələyə gəlincə, Nigar Əhmədova deyir ki, Rüfət Əliyev həmin vaxt onun çarəsiz durumundan istifadə edərək, belə bir qeyd yazmağa məcbur edib: "Mən borc almışam, məni məcbur edib, ona görə belə yazmışam. Bilsəydim ki, aparıb polisə verəcək, yazmazdım".

Vahid Əhmədov
Vahid Əhmədov

Nigar Əhmədova və məhkəmədə iştirak edən qohumları pulun qaytarılması üçün Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyasından vaxt istəyib.

Məhkəmə iyulun 27-nə qədər təxirə salınıb.

Deputat Vahid Əhmədov APA-ya açıqlamasında bu adda qardaşı qızı olmadığını bildirib.

Yeri gəlmişkən, Nigar Əhmədovanın qardaşı Namiq Əhmədovun da adı bir müddət əvvəl dələduzluqda hallanıb. Həmin vaxt N.Əhmədov da mətbuatda deputat Vahid Əhmədovun qardaşı oğlu kimi təqdim olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG