Beynəlxalq Valyuta Fondu (BVF) "Dünya İqtisadi Hesabatı"nda qlobal iqtisadiyyata dair qiymətləndirmələrə yer verib və qlobal iqtisadi artım proqnozlarını aşağı salıb.
BVF, dünya iqtisadiyyatına dair 2016-cı il üzrə artım gözləntisini 3,2%-dən 3,1%-ə, 2017-ci il proqnozunu isə 3,5%-dən 3,4%-ə salıb. Səbəb Britaniyanın Avropa Birliyindən çıxmasıdır. Brexit-in qlobal iqtisadiyyata mənfi təsir edəcəyi gözlənilir.
BVF, ABŞ-ın 2016-cı il üzrə iqtisadi artımını aprel ayındakı proqnozlar ilə müqayisədə 0,2 bənd azaldılaraq 2,2%-ə salıb, 2017 -ci il üçün 2,5%-də saxlayıb.
Avropa Birliyi iqtisadiyyatına dair artım gözləntisi 2016 ili üçün 0,1 artırılaraq 1,6%-ə qaldırılıb, 2017-ci il üzrə isə 0,2 bənd azaldılaraq 1,4%-ə salınıb.
İngiltərə iqtisadiyyatına dair artım gözləntisi 2016-cı il üçün 0,2 bənd, 2017-ci il üçün 0,9 bənd aşağı salınıb.
Buna da bax:
Azadlıq Trend
1