İyulun 21-i Bakı və Abşeron yarımadasında havanın bir qədər də istiləşəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 23-27, gündüz 34-40 dərəcə isti olacaq. Bakıda isə gecə 24-26, gündüz 37-39 dərəcə isti gözlənilir.
Ölkənin rayonlarında da isti, yağmursuz hava ehtimal edilir. Gecə 22-27, gündüz 35-42 dərəcə isti olacağı qeyd edilir.
Bu gün Bakıda 34-36 dərəcə isti olacağı bildirilmişdi.