Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:56

Deputat Rövşən Rzayev: Təkliflərdə qeyri-demokratik müddəa yoxdur


Rövşən Rzayev
Rövşən Rzayev

-

“Konstitusiyaya dəyişiklik təkliflərində qeyri-demokratik müddəa yoxdur”.

Bunu Milli Məclisin üzvü Rövşən Rzayev prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi təklifini şərh edərkən deyib.

Təklif edilən dəyişiklikdə bildirilir ki, Milli Məclis Nazirlər Kabinetinə etimadsızlıq göstərdiyi halda, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərini, Konstitusiya Məhkəməsi vəAli Məhkəmənin hakimlərini təsdiqləməkdən iki dəfə imtina etdiyi halda prezident parlamenti buraxa bilər.

“SİYASİ MODEL UĞURLUDUR”

Rövşən Rzayev bu müddəanın parlamentin cəmiyyətdə bir hakimiyyət qolu kimi rolunu azaldacağı barədə fikirlərlə razılaşmır, deyir ki, əksinə, Azərbaycanda olan “siyasi model kifayət qədər uğurludur”. O, bu müddəada qeyri-adi bir şey görmür.

Deputat Konstitusiyaya hüquq və azadlıqları məhdudlaşdıran təkliflərin edilməsi ilə bağlı şərhlərlə də razılaşmır. Onun sözlərinə görə, mövcud Konstitusiya sosial yönümlüdür:

“Bütün sosial proqramları dövlət öz öhdəsinə götürüb, burda qeyri-adi heç nə yoxdur. Əksinə, bu müddəa imkan verəcək ki, hökumət dövlət ehtiyaclarından ötrü lazım olan məsələni yerinə yetirə bilsin”.

Rövşən Rzayev deyir ki, xüsusi mülkiyyətlə əlaqədar hər hansı narazılıq yaranarsa, dövlət məhkəmə yolu ilə bunu həll edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG