Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 05:29

Rusiya təyyarəsini vuran tük pilotlar həbs edildi


Foto arxiv

Türkiyədə ötən ilin noyabrında Rusiyanın hərbi təyyarəsini vuran 2 pilot həbs edilib.

Bu barədə Bloomberg agentliyi yüksək rütbəli Türkiyə rəsmisinə istinadla xəbər verir.

Ankara valisi Melih Gökçek bundan əvvəl CNN Turk televiziyasına müsahibəsində Rusiya təyyarəsini vuran pilotların 16 iyul qiyamının iştirakçıları olduqlarını demişdi.

Qeyd edək ki, Türkiyə 2015-ci il noyabrın 24-də Suriya sərhədi yaxınlığında Rusiyanın Su-24 təyyarəsini vurduqdan sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşdi.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq elədi.

Türkiyə prezidenti Racep Tayyip Erdogan bu günlərdə həmin insident zamanı həlak olan pilotun ailəsindən üzr istədikdən sonra münasibətlər xeyli yumşalıb.

Rusiya Türkiyəyə qarşı turizm embarqosu və çarter reyslərini bərpa edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG