Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:21

Naxçıvanda deputatlar toplaşır


Naxçıvan
Naxçıvan

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası çağırılıb.

APA-nın xəbərinə görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qərar verib.

Naxçıvan Ali Məclisinin üçüncü sessiyası iyulun 22-də saat 11:00-da başlamalıdır.

Sessiyanın gündəliyinə 2016-cı ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunları, 2015-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi və «Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Qanunda dəyişiklik edilməsi daxil edilib.

Azərbaycan parlamenti isə ölkənin 2015-ci il dövlət büdcəsinin icrasını hələ bir müddət öncə təsdiq edib. Ötən həftə isə prezident yanında hökumətin bu ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunlarına dair toplantısı olmuşdu.

XS
SM
MD
LG