Keçid linkləri

2017, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 12:51

-

İyulun 15-də Bakı metrosunun “Gənclik” stansiyasında “Azərbaycan kinosu” adlı sərgi açılıb. Bu barədə AZƏRTAC xəbər verir.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, “Bakı Metropoliteni” QSC və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə “Metro Gallery” layihəsi çərçivəsində növbəti layihəsini təqdim edib. Sərgi Azərbaycan Kinematoqrafiyasına həsr olunub.

Sərgidə köhnə filmlərdən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunur. Sərgidə ümumilikdə 92 əsər nümayiş edilir və bunlardan 57-si filmlərdən çəkilmiş kadrlar, qalanları isə kadrarxası fotolardır. Sərgi 6 ay müddətində davam edəcək.

Bakı metrosunda Azərbaycan kinosundan bəhs edən sərgi.

Bakı metrosunda Azərbaycan kinosundan bəhs edən sərgi.

Günün bütün mövzuları

XS
SM
MD
LG