Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:19

Azərbaycan XİN-dən Türkiyə hadisələrinə reaksiya


XİN
XİN

Azərbaycan Xarici İşlər Nazirliyi ötən gecə Türkiyədə​ hərbi çevriliş cəhdi ilə bağlı bəyanat yayıb.

Bəyanatda qonşu ölkədə baş verənlər «demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdi» adlandırılır: «Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək, buna qarşı çıxmışdır».

Bəyanatda Azərbaycanın Türkiyə xalqı və dövlətinin yanında olduğu bəyan edilir, tezliklə vəziyyətin tam sabitləşəcəyinə və normallaşacağına əminlik ifadə olunur.

XS
SM
MD
LG