Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:34

Ana: "Uşağımı bağçada döyüb bu günə salıblar"- (VİDEO)


5 yaşlı Dilbər:"Müəllimə dilimin üstünü qopardı"
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

5 yaşlı Dilbər:"Müəllimə dilimin üstünü qopardı"

►Tərbiyəçi: "Pul tələb edib, verməmişəm, indi böhtan atır"

“Uşağın əlinin üstü dağlanıb, qollarında dişləmə izləri, dilinin üstü qopardılıb, beyni silkələnib. Şikayət etmişik, polis məsələni 1 il 4 ay uzadandan sonra işi məhkəməyə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə göndərib. Bu da o deməkdir ki, o müəllimə ya 1000 manatadək cərimələnəcək, ya da bu boyda cinayətin qarşısında ikicə ay həbsdə oturacaq”.

Dilbər Nəzirli 3 yaşınacan, yəni 1 il 4 ay əvvələdək Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən “Qərənfil” uşaq bağçasına gedirmiş.

Anası Nigar Cəfərova AzadlıqRadiosuna danışır ki, ötən il martın 14-də uşağın dalınca bağçaya gedəndə əllərinin üstünü dağlanmış, qollarını dişlək, dilinin üstünün qopardılmış görüb.

Nigar Cəfərova: Uşağımı bağçada döyüblər
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00
Direct-ə keçid

Ana halı üstündə olmayan 3 yaşlı övladı ilə kobud davranma hiss edib və dərhal DİN “102” xidmətinə zəng vurub. Ananın şikayət ərizəsi üzrə Nəsimi rayon Polis idarəsinin 19-cu polis bölməsində araşdırma başlanıb. Ana uşağı həkimə göstərəndə məlum olub ki, hələ bu, harasıdır, Dilbərin beynində silkələnmə də var.

Dilbər Nəzirli
Dilbər Nəzirli

“3 YAŞLI UŞAĞIN DÖYÜLMƏSİNDƏN HAMI PUL QAZANDI”

Dilbər Nəzirli
Dilbər Nəzirli

Nigar Cəfərova danışır:

“Rus bölməsinin müəlliməsi Sevinc Tacirli uşağa işgəncə verib.

Əvvəllər də döyürdü, ancaq sübut edə bilmirdim.

Hətta bir dəfə müdirəyə şikayət elədim.

Bu şikayətimdən sonra uşaq evə gələndə gördüm uşağın dilinin üstü qopub…”

Nigar xanım sözünü tamamlamağa çətinlik çəkir.

Qəhər imkan vermir.

Səsi qırıq-qırıq gəlir:

“Uşağı qucağında oturub dilini qopartmışdı…

Qorxutmuşdu ki, bir də anaya “xəbərçilik” etməsin.

Uşaq dedi, “ana, Sevinc müəllimə deyir, bir də anaya desən ki, səni döyürəm, bu dilinin hamısını qopardacam”.

Dilbərin valideynləri polisə müraciət ediblər. Uşaq ekspertizadan keçirilib, xəsarətləri təsdiqlənib.

Hətta Dilbər 10 gün uşaq nevroloji dispanserində də yatıb:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Uşağın müalicələri ilə bağlı bütün sənədlərim əlimdədir. Müəllimə uşağıma qarşı vəhşi davranıb, uşağın gicgahındakı, bədənindəki qançırlar ekspertiza zamanı da təsdiqini tapdı, ancaq polis bu qançırları əmələ gətirən xəsarətlərin insan sağlamlığına zərər vuran xəsarətlər olmadığını bəhanə gətirib cinayət işi başlanmasını bir neçə dəfə rədd elədi. Müstəntiq işin içərisindən müəllimənin zərərinə olan çox sənədləri “yoxa çıxarıb”. Hətta uşağın 10 gün xəstəxanada yatdığını da işə əlavə etməyib”.

Dilbər Nəzirli
Dilbər Nəzirli

Ana deyir, bağçanın digər tərbiyəçi və müəllimələri yığışaraq onun yaşadığı ünvana da gəliblər ki, ortada barışıq olsun, şikayət ərizəsini geri götürsün. O razılaşmayıb:

POLİS İŞƏ 6 DƏFƏ XİTAM VERİB

“Özü də, hətta valideyni də gəlib, bağçanın bütün müəllim heyəti də gəlib… Üzrxahlıq elədilər, pul təklif etdilər, dedim, “yox”. Əvvəl polisə usağı döydüyünü etiraf eləmişdi, sonra sözünü dəyişdi. İstintaq dövründə isə gördüyümüz bu oldu ki, hər kəs 3 yaşlı uşağın döyülməsindən pul qazanmaq məqsədilə istifadə edir. Əvvəl işi yerli-dibli ört-basdır etmək istəyirdilər. Daxili İşlər Nazirliyinə şikayətlərimizdən sonra bunun qarşısını ala bildik. Polis hər dəfə “işdə cinayət tərkibi yoxdur” deyib xitam qərarı çıxaranda biz Nəsimi Prokurorluğuna şikayət edib qərarı ləğv etdirdik. Polisin qərarı düz 6 dəfə ləğv olunub. Ancaq yenə də polis məsələyə cinayət işi kimi yox, inzibati xəta işlənmiş kimi yanaşdı. İndi isə müəllimə prokurorluğa ərizə verib ki, işi ləğv etsinlər”.

500 MANAT SÖHBƏTİ

Sevinc Tacirli “Qərənfil” uşaq bağçasının rus dili bölməsinin müəlliməsidir, hazırda işini davam etdirir.

O, ifadəsində göstərib ki, Nigar Cəfərova ona aztəminatlı və müharibədə həlak olanın ailəsi olduğunu deyərək Dilbəri həkimə aparmaqdan ötrü pula ehtiyacı yarandığını deyib və ondan 1000 manat tələb edib. Tələbi yerinə yetirmədiyinə görə Nigar Cəfərova ona böhtan atıb. Müəllimə bildirib ki, bağçanın başqa əməkdaşının vasitəsilə Nigar Cəfərovaya usağı həkimə aparmağa 500 manat göndərib.

Bağçanın müdirəsi İradə Rüstəmova istintaqa bildirib ki, Sevinc Tacirli işində tələbkar, vicdanlı, uşaqlara qarşı qayğıkeş bir müəllimə olub. Uşağa əl qaldırması ilə bağlı deyilənlər ona inandırıcı görünmür. Özü də tez-tez qrupları yoxlayır və hər hansı müəllimə tərəfindən belə bir halla rastlaşmayıb.

MƏHKƏMƏ…

Bu il iyunun 29-da Nəsimi rayon Məhkəməsində 3 yaşlı Dilbərin döyülməsinə dair məhkəmə keçirilib. Müəllimə prokurorluğa ərizə ilə müraciət etdiyindən işə baxılmamasını istəyib. Hakim prokurorluğun verəcəyi qərarı gözləməkdən ötrü məhkəmə iclasını iyulun 18-dək salıb.

Nəsimi rayon polis idarəsindən "Qaynar xətt"ə bildirilib ki, Nigar Cəfərovanın şikayəti əsasında İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış işin materialları məhkəmə baxışına göndərildiyi üçün heç bir münasibət bildirə bilməzlər.

Polis idarəsi xanımın işin ört-basdır olunmasına görə müstəntiqi maddi maraq güdməkdə suçlamasını isə əsassız hesab ediblər.

"İş məhkəmədədir, hüquqi qiyməti də məhkəmə verəcək".

Dilbərin babası 1993-cü ildə Qarabağ müharibəsində həlak olub. Nigar Cəfərova deyir, bağçanın müəllim və tərbiyəçi heyəti, həm də polis təkcə 3 yaşlı Dilbəri yox, həm də müharibədə həlak olan babası Zərbəli Nəzirovun ruhunu incidiblər.

XS
SM
MD
LG