Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 23:54

İraq hərbi parad keçirib


Bağdadda parad

-

İraq ordusu İslam Dövləti (İŞİD) qruplaşması üzərində son qələbələrini Bağdadda parad keçirməklə qeyd edib.

Baş nazir Haidar al-Abadi Tahrir meydanından keçən qüvvələri izləyib, hərbi təyyarələr və vertolyotlar isə şəhər üzərindən uçub.

Parad keçirilən müddətdə Bağdadın mərkəzini yüzlərlə polis əməkdaşı qoruyub.

Şiə yaraqlılarının bir qanadı olan Xalq Səfərbərlik qüvvələri də parada qatılıb.

İraq qüvvələri ötən ay Fəllücə şəhərini İŞİD-dən geri alıb. İraqın ikinci böyük şəhəri olan Mosulun alınmasından ötrü əməliyyat hazırlanır.

Amma sosial mediada bəzi istifadəçilər yazıblar ki, paradda məqsəd iyulun 15-nə planlaşdırılan etiraz aksiyası öncəsi mesaj verməkdir.

Nüfuzlu şiə lideri Muqtada al-Sadr həmin nümayişi hökuməti islahatlara sövq etmək niyyətilə keçirir. Ramazan ayı etirazlarda fasilə yaratmışdı.

XS
SM
MD
LG