Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 08:26

-

Fransanın Nitsa şəhərində yük maşını ilə törədilmiş hücumda azı 84 nəfər ölüb. Hücum iyulun 14-də gecə, əhali Bastiliya Gününü qeyd edən zaman törədilib. Yüzdən çox yaralı var.

Hakimiyyət polisin yük maşını sürücüsünü öldürdüyünü bildirir. O, maşını Promenade des Anglais bulvarında atəşfəşanlıqdan çıxmış izdihamın içinə sürmüşdü. Nitsanın meri Christian Estrosi-nin dediyinə görə, sürücü daha sonra əhaliyə atəş açıb.

Hücuma görə araşdırma başlanıb. Məsuliyyəti üzərinə götürən olmayıb, sürücünün şəxsiyyəti də müəyyənləşdirilməyib.

Fransa prezidenti Francois Hollande hücumu “terror aktı” adlandırıb və deyib ki, bu, son 18 ayda Fransa torpağında üçüncü belə hücumdur.

“Fransa ona hücum edən fanatiklərdən daha güclü olacaq, sizə söz verirəm. Heç kəs bizi terrorçuluqla mübarizədən çəkilməyə məcbur edə bilməz”, prezident iyulun 15-də televiziya çıxışında deyib.

ABŞ Prezidenti Barack Obama, BMT-nin Təhlükəsizlik Şurası hücumu pisləyən bəyanatlar yayıb.

Ötən noyabrda Parisdə İslam Dövləti yaraqlılarının törətdiyi hücumda 130 nəfər həlak olmuşdu.

Nitsa hücumdan sonra (VİDEO)

Günün bütün mövzuları

XS
SM
MD
LG