Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:02

Prezidentin bərbərinin maaşı


Hollande
Hollande

Fransa hökumətinin rəsmi nümayəndəsi Stephane Le Foll prezident Francois Hollande-ın yeni ayda 10 min avro maaş aldığını təsdiqləyib.

Ayda 10 min avro Fransa hökumətində nazirin maaşıdır. Prezidentin maaşı isə ayda 14 min avrodur.

Bərbərin maaşı barədə xəbəri satirik Le Canard Enchaîné dərgisi yaymışdı.

Nəşrin məlumatına görə, bərbərin müqaviləsi həmçinin ev, mənzil haqqı və bir sıra başqa imtiyaz və güzəştləri nəzərdə tutur.

"Mən vətəndaşların suallarını, uydurmaların yaranmasını başa düşə bilərəm... Lakin saçını hamı kəsdirir, elə deyilmi? Bizim misalda isə söhbət kimlərdənsə yox, məhz ölkə prezidentindən gedir”, - Stephane Le Foll deyib. O bildirib ki, prezidentin bərbəri sutkada 24 saat , lazım olan kimi hər an işləməyə hazırdır.

Onun sözlərinə görə, prezidentin şəxsi bərbəri ölkə başçısını səfərlərdə müşayiət etmək üçün sahib olduğu salondakı işini də tərk etməli olub.

Prezidentin bərbərinin maaşı barədə məlumat sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.

XS
SM
MD
LG