Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:05

Yanğına görə tutulan həbsdə öldü


Yanan bina
Yanan bina

Keçən il Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğına görə tutulanlardan biri həbsdə vəfat edib.

Lent.az saytının xəbərinə görə, Nüsrət Muxtarov Bakı İstintaq Təcridxanasında qəfil vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir.

Hadisə ilə bağlı Penitensiar Xidmət, hələlik, açıqlama verməyib.

N.Muxtarov CM-nin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurdu.

2015-ci il aprelin 10-da Xətai rayonundakı çoxmərtəbəli binada yanğın olmuşdu. Yanğına binaya vurulan tezalışan üzlük səbəb olmuşdu. Həmin hadisədə xəsarət alan olsa da, ölən olmamışdı. Bu hadisədən bir ay sonra, mayın 19-da isə Binəqədi rayonunda 16- mərtəbəli binada baş verən yanğında 15 nəfər həyatını itirmişdi. Onların arasında uşaqlar da vardı.

XS
SM
MD
LG