Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:28

Məhkəmə Nardaran sakininə «yox» dedi


Nardaranda əməliyyat
Nardaranda əməliyyat

İyulun 14-də Bakı Apellyasiya Məhkəməsi Nardaran hadisələrinə görə tutulan Ələkbər Qurbanov barəsində hökmdən verilən şikayəti təmin etməyib.

Hakim Suraxanı Rayon Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Osman Kazımlı məlumat verib.

Ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmişdi. Atışmada iki polis və dörd mülki şəxs ölmüşdü.

Bundan sonra dövlət qeydiyyatı olmayan «Müsəlman Birliyi»nin üzvləri başda olmaqla, Nardaranda kütləvi həbslər keçirilmişdi.

Həmin vaxt həbs edilən 70-dən çox adamdan biri də Ə.Qurbanov idi. O, qanunsuz silah saxlamaqda ittiham olunur.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Ə.Qurbanov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG