Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:04

Cameron kraliça Yelizavetaya istefa ərizəsi verdi


David Cameron və kraliça Elizabeth II

Böyük Britaniyanın baş naziri David Cameron iyulun 13-də kraliça II Elizabethlə görüşüb və ona rəsmi istefa ərizəsini təqdim edib.

O həmçinin mühavizəkarların yeni lideri Theresa Mayın bu vəzifəyə təyin edilməsini məsləhət görüb.

Theresa May iyulun 13-də Böyük Britaniyanın yeni baş naziri təyin edlməlidir.

David Cameron iyulun 12-də baş nazir kimi kabinetin son iclasını keçirib.

O iyunun 23-də ölkənin Avropa Birliyindən çıxması ilə nəticələnən referendumdan sonra istefa verəcəyini bəyan eləmişdi.

Cameron ölkəsinin Avropa Birliyində qalmasını istəyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG