Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 12:28

İranda Azərbaycan vətəndaşlarının həbs edildiyi deyilir


Arxiv fotosu
Arxiv fotosu

►Onların nədə ittiham olunduğu bəlli deyil

Azərbaycandakı “Həyat Sözü” Kilsəsinin üzvləri Yusif Fərhadov, Eldar Qurbanov və Bəhram Nəsibovun İranda həbs edildiyi bildirilir.

Bu barədə məlumatı Turan-a saxlanılanlardan biri, Yusif Fərhadovun qardaşı Ceyhun Fərhadov verib. O, qardaşı və iki dostunun İranın paytaxtı Tehran şəhərinə dostları tərəfindən dəvət edildiyini və nişan mərasiminə qatılan zaman həbs olunduqlarını bildirib.

“Qardaşım və iki dostu Tehranda qonaq olanda iyunun 24-də onları nişan mərasiminə dəvət ediblər. Əldə etdiyimiz məlumata görə, onlar nişan mərasimində olan zaman Milli Təhlükəsizlik Xidmətindən gələrək orda olanların hamısını həbs ediblər.

Qardaşım və dostları həbs olunandan bir həftə sonra bizə zəng etmək imkanı əldə ediblər. Ayın 3-də hamısı evlərinə zəng edib, hansı həbsxanada olduqlarını və təkadamlıq kamerada saxlandıqlarını bildiriblər. Onlarla maraqlanan yoxdur və onları heç kəs sorğu-sual etməyib”, - Ceyhun Fərhadov qeyd edib.

“Onları nişan məclisində tutublar, dua mərasimində yox”

Ceyhun Fərhadov onların nəyə görə saxlandığını dəqiq bilməsə də, ehtimal kimi qardaşının dostlarının məsihçi olmasını irəli sürür. Ancaqdeyir ki, onları polis yox, təhlükəsizlik idarəsi əməkdaşları hər hansı xristian dini mərasimində yox, nişanda saxlayıblar..

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Nişan qonaqlığı olub. Heç bir dua mərasimi deyildi. Onlar sadəcə qonaq kimi orada əyləşiblər”, - o deyib.

Təkkameralı hücrədə saxlanılan 3 nəfərin yemək və su ilə təmin olunduğunu bildirən Ceyhun Fərhadovun sözlərinə görə, saxlananalar vəkilsizdir və həbs edilmə səbəbləri barədə məlumatsızdılar: “Onlara qarşı hər hansı ittiham irəli sürülməyib”, Fərhadov bildirib.

Onun sözlərinə görə, saxlanan şəxslərin yoldaşları Azərbaycan Xarici İşlər Nazirliyinə ərizə ilə müraciət ediblər: “XİN bizim İrandakı səfirliyimizə məlumat verib. Oradakı səfirlik isə İran Xarici İşlər Nazirliyinə nota verib. Onların harada saxlanmasına dair məlumat əldə etməyə çalışırlar. Biz onların kəşfiyyat idarəsində saxlandlığını ehtimal edirik. Səfirliyin nümayəndələri onlarla görüşmək istəyir, ancaq o təşkilat indiyədək onların orada olmasını təsdiq etməyib”.

Olayla bağlı İran rəsmilərindən məlumat almaq mümkün olmayıb.

AzadlıqRadiosu Azərbaycan Xarici İşlər Nazirliyinin münasibətini öyərnməyə çalışır.

XS
SM
MD
LG