Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:13

-

Qırğızıstan Ali Məhkəməsi özbək fəal Azimjan Askarov-a qarşı ömürlük həbs cəzasını ləğv edərək işi aşağı instansiya məhkəməsinə göndərib. Tanınmış fəal Askarov 2011-ci ildə məhkum edilib, etnik qırğızlarla özbəklər arasında etnik toqquşmaları qızışdırmaqda, eləcə də bir polisin ölümündə əli olmaqda təqsirli bilinib.

İyulun 12-də həmin hökm ləğv edilərək Chui Oblast Məhkəməsinə göndərilib.

Askarov ittihamları siyasi motivli sayır. Amma bugünkü məhkəməyə gəlməyib.

Beynəlxalq ictimaiyyət Askarov-un azadlığa buraxılmasına çağırır.

2010-cu ildə Qırğızıstanın cənubunda etnik zorakılıqlarda 450-dən çox ölən olub, on minlərlə insan evindən didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG