Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 14:24

SOCAR mükafatı Sanchesə verildi


SOCAR Young player Euro 2016

SOCAR-ın ən yaxşı gənc oyunçu mükafatı Portuqaliya yığmasının 18 yaşlı yarımmüdafiəçisi Renato Sanchesə verilib.

Sanches Fransa yışmasının 20 yaşlı hücumçusu Kingsley Comanı və Portuqaliya yığmasından Raphael Guerreironu qabaqlayıb.

Futbol üzrə Avropa Birinciliyinin sponsoru olan Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın "Ən yaxşı gənc oyunçu" mükafatı 1994-cü il yanvarın 1-dən sonra doğulan gənc futbolçulara aid idi.

Mükafatın jurisinə Manchester United klubunun keçmiş məşqçisi Alex Ferguson, Fransa yışmasının keşçmiş hücumçusu Alain Giresse də daxil idi.

Lissabonda anadan olmuş Renato Sanches may ayında 35 milyon avroya Almaniyanın Bayern klubuna keçdi.

XS
SM
MD
LG