Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:37

Teatr Xadimlər İttifaqı ADO`ya yer verməyib


Müstəqil "ADO" teatrın rəhbəri Elmin Bədəlov
Müstəqil "ADO" teatrın rəhbəri Elmin Bədəlov

-

Teatr Xadimlər İttifaqı ADO`ya yer verməyib

Azərbaycan Teatr Xadimlər İttifaqı ölkənin müstəqil art-undergroun teatrı olan ADO-ya üç yaşlarını qeyd etmək üçün yer verməyib. Bu barədə Oxu Zalına ADO-nun rəhbəri Elmin Bədəlov deyib.

E.Bədəlovun sözlərinə görə, bu gün onu Teatr Xadimləri İttifaqına dəvət ediblər: “Biz 15 iyul tarixində müstəqil teatr fəaliyyətimizin 3 yaşını və 4-cü mövsümümüzə keçidlə bağlı geniş tədbirlər planı hazırlayırıq. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Teatr Xadimləri İttifaqına rəsmi müraciət etmişdik. Teatr Xadimləri İttifaqının sədr müavini Rafiq Əliyev bu gün mənə zəng vurub görüşmək istədiyini bildirdi. Bizim onunla görüşümüz baş tutdu və Rafiq Əliyev məni çox hörmətlə qarşıladı, gənclərə böyük dəstək vermək istədiklərini bildirdi. Daha sonra Teatr Xadimləri İttifaqının gördüyü və görəcəyi işlər haqda danışdı. Eyni zamanda İttifaqın binasında təmir işlərinin başlayacağını vurğuladı. Həmçinin binanı yalnız icarəyə verdiklərini və bir günlük icarə haqqının 1900 manat olduğunu dedi. Kiçik zallarının isə daima məşğul olduğunu söylədi. Bir sözlə gənc bir teatra bir günlük tədbir keçirmək üçün bu boyda İttifaqda bir otaq tapılmadığını diqqətimə çadırdı və bundan inciməməyimizi, küsməməyimizi xahiş etdi. Dəfələrlə də yaradıcı gənclərə dəstək olmaq istədiklərini bildirdi. Mən öz növbəmdə bizim yeganə fərqli müstəqil teatr olduğumuzu və çətin şəraitdə fəaliyyət göstərdiyimizi, teatr fəaliyyətimizin üç illiyi ilə bağlı əlamətdar bircə gün olduğunu desəm də o məndən küsməməyi xahiş etdi. Mənsə öz növbəmdə bütün bunların təkcə onun səlahiyyətində olmadığını dərk edib hörmətlə sağollaşdım və bütün hallarda bu tədbirimizin baş tutacağını bildirib onu üç illiyimizə dəvət də etdim”.

E.Bədəlov Teatr Xadimlər İttifaqının onlara “yox” deməsindən təəssüflənmədiyini bildirib: “Mən anlayıram ki, Azər Paşa Nemətov teatr mühitində sönüklük yaratmaq üçün əlindən gələni edir və ona bu göstərişin verildiyini də dərk edirəm. Çoxları düşünə bilər ki, mən niyə bu rəsmi müraciətləri edirəm?! Bunlar hamısı bir tarixdir və istəyirəm ki, belə rəsmi müraciətlər olsun. Çünki zaman keçəndən sonra onlar “bizə müraciət etsəydilər dəstək olardıq” kimi fikirlər səsləndirməsin deyə bu addımları atdım. Və hər kəs də görür ki, yaşlı nəsl nümayəndələri gənc yaradıcılara dəstək olmaqdan imtina edirlər. Bunlar hamısı fakt formasında tarixin yaddaşına köçür. Amma bütün bunlara baxmayaraq biz pozitivik və üç yaşımızı qeyd etmək üçün tədbir planımızı uğurla davam etdiririk. Hər kəsi də teatr fəaliyyətimizin üç illiyinə, 4-cü mövsümümüzün açılışına dəvət edirik”.

XS
SM
MD
LG