Keçid linkləri

2026, 19 Avqust, çərşənbə, Bakı vaxtı 06:34

«Şərq Tərəfdaşlığı» ölkələri Kiyevdə toplaşır

AB
AB

İyulun 11-də Kiyevdə Avropa Birliyi (AB) «Şərq Tərəfdaşlığı» ölkələrinin 7-ci qeyri-rəsmi əməkdaşlıq dialoqu keçiriləcək.

APA-nın xəbərinə görə, toplantıda AB-nin komissarları, «Şərq Tərəfdaşlığı» ölkələri xarici işlər və iqtisadiyyat nazirləri iştirak edəcəklər.

Görüşdə «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunacaq.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Azərbaycan rəsmiləri son illər bəyan edirlər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

Düzdür, 2015-ci ildə Azərbaycan Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» sammitinin yekun Riqa bəyannaməsinə qoşulub.

Amma iclasda da qeyd olunub ki, Azərbaycanın yekun bəyannamə ilə əlaqədar öz qeyd-şərtləri var.

Bu il iyulun 6-da isə Avropa Parlamentində Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişinə dair sənəd imzalanıb.

This item is part of
XS
SM
MD
LG