Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:05

J.Warlick: «Tərəflər müharibədən imtina etdilər»


James Warlick
James Warlick

«ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır».

APA-nın xəbərinə görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick bunu öz Twitter səhifəsində yazıb.

O, NATO-nun Varşavada keçirilən sammiti çərçivəsində ABŞ dövlət katibi John Kerry-nin ötən gün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdüyünü xatırladıb: «Görüşdə bütün tərəflər müharibəni rədd etdilər və danışıqlar prosesinə sadiqliklərini bildirdilər».

Dünən Varşavada NATO və müttəfiq ölkələrin sammiti başlayıb. Bu gün başa çatacaq sammitdə əsasən Avropanın şərqində təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri müzakirə olunur.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər. Münaqişənin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

XS
SM
MD
LG