►Bakılılar hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında konsertə baxa biləcəklər
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsi məqsədi ilə yeni “Retro Bakı” layihəsinə start verilib.
Qurumun yaydığı xəbərə görə, hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq.
İki saat ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqs və musiqi nömrələrinə tamaşa edə biləcəklər.
Açılış konsertləri iyulun 8 və 9-da, saat 18:00-də Fəvvarələr Meydanında baş tutacaq.