Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 03:36

Varşavada NATO sammiti başlayır


NATO

İyulun 8 və 9-da Varşavada NAO və tərəfdaş ölkələrin sammiti keçiriləcək.

Sammitdə müdafiəni gücləndirməklə NATO ölkələrinin təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunacaq.

Müttəfiqlərin Estoniya, Latviya, Litva və Polşada rotasiya əsasında 4 çoxmillətli batalyon yerləşdirilməsi barədə razılıq əldə edəcəkləri gözlənilir.

Rumınyadakı batalyon isə NATO-nun Cənub-Şərqi Avropada iştirakını təmin edəcək.

Bundan başqa NATO ölkələri sərhədlərindən kənarda sabitliyi bərpa etmək üçün İraqdakı təlim missiyasını uzatmalı və təşkilatın Aralıq dənizində rolunu artırmalıdırlar.

NATO həmçinin “İslam dövləti” qrupu ilə mübarizədə beynəlxalq koalisiyaya dəstək üçün bölgədə ABAKC kəşfiyyat təyyarələri yerləşdirilməsi barədə qərar qəbul etməlidir.

Bundan başqa təşkilat Əfqanıstana hərbi və maliyyə yardımını davam etdirəcək, habelə Ukrayna, Moldova və Gürcüstanla siyasi və praktik əməkdaşlığı möhkəmləndirəcək.

XS
SM
MD
LG