Keçid linkləri

2017, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:23

Putin-lə Obama telefonla danışıb


Barack Obama (sağda) və Vladimir Putin

-

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Barack Obama ilə Suriyada hərbi əməliyyatların koordinasiyasını gücləndirməyə razılaşıblar.

Kremlin iyulun 6-da yaydığı məlumata görə, prezidentlər telefon söhbəti ediblər. Təşəbbüs Putin-dən gəlib. O, Obama-nı çağırıb ki, Suriyada mötədil müxalifətçi üsyançıların Al-Qaeda-nın Suriya qanad olan Al-Nusra Cəbhəsi kimi ekstremist qruplardan ayrı tutulmasına kömək göstərsin.

Məlumatda deyilir ki, liderlər BMT-nin vasitəçiliyi ilə sülh danışıqlarının bərpasına razılaşıblar.

Hazırda Suriyada atəşkəsdir, iyulun 8-də gecəyarısınadək davam edəcək.

İki prezidentin Ukrayna münaqişəsini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG