Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:41

Sabah rayonlarda yağış gözlənilir


Yağış
Yağış

İyulun 6-sı Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 20-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Sabah ölkənin bəzi bölgələrində da şimşək çaxacağı, yağış yağacağı deyilir. Gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

XS
SM
MD
LG