Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:55

Nardaran məhbusunun şikayəti


Nardaran - dekabr 2015
Nardaran - dekabr 2015

İyulun 5-də Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs edilən Ələkbər Qurbanovun şikayətinə baxılacaq.

Bunu AzadlıqRadiosuna vəkil Osman Kazımov bildirib.

Keçən ay Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Ələkbər Qurbanov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O.Kazımov deyib ki, hökmdən narazıdırlar: «Şikayətimizə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Camal Ramazanova verilib».

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Tale Bağırzadə və onun bəzi tərəfdarları saxlanıb. Həbslər sonrakı günlərdə də davam edib. Prokurorluğun məlumatına görə, «Müsəlman Birliyi» Hərəkatına görə ümumilikdə 70 nəfər həbs edilib. T.Bağırzadə qətldə, qanunsuz silah əldə etmədə və başqa ağır cinayətlərdə ittiham edilir. Onun və daha 20-yə yaxın şəxsin bu yaxınlarda məhkəməsi olmalıdır. Vəkillər ittihamların əsassız olduğunu, bəzi həqiqətlərin saxlandığını bildirirlər.

Daha yüngül maddələrdə ittiham edilənlərdən bir çoxunun isə məhkəməsi hələ bir müddət öncə başlamışdı. Onlardan bəzilərinə 1 il 6 aydan 2 il 6 ayadək həbs cəzası verilib.

Ə.Qurbanov isə Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr, qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.

XS
SM
MD
LG