Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:58

İraqda partlayışlardan ölənlərin sayı artır


İraq. Bağdadda maşına qoyulmuş bomba partlayıb
İraq. Bağdadda maşına qoyulmuş bomba partlayıb

İraq rəsmiləri Bağdad mərkəzində İslam Dövləti (İD) ekstremist qruplaşması tərəfindən həyata keçirilən bomba partlayışı hadisəsində ən azı 75 nəfərin öldüyü barədə xəbər verib. Partlayıcı qurğu maşına yerləşdirilib.

Rəqəmlər polis və tibb işçiləri tərəfindən mətbuata anonim şəkildə verilib, çünki onlar bu informasiyanı yaymaq səlahiyyətlərinin olmamasını bildiriblər.

İyulun 3-də günün ilk saatlarında «İslam Dövləti» onlayn bəyanatında paytaxtın sıx olan ticarət məhəlləsindəki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Bu bəyanat müstəqil mənbədən təsdiq olunmayıb. Karada rayonunda baş verən bomba partlayışı Ramazan ayinindən sonra küçəyə çıxmış ailəni və gənc insanları yaxalayıb.

İkinci bomba hücumu iyulun 3-də Bağdadın şərq məhəlləsində 5 insanın tələfatına və 16-sının yaralanmasına səbəb olub. Bu terror hücumları İraq hərbi qüvvələrinin Fəlluca şəhərini geri qaytarmasından sonraya təsadüf edir.

XS
SM
MD
LG