Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:42

«Rusiya bazarlarına bağlanan ümidlər puç olub»


Putinin Azərbaycana səfəri, 2013
Putinin Azərbaycana səfəri, 2013

«Rusiya bazarlarına bağlanan ümidlər puç olub. Son 3 ildə bu ölkə ilə ticarətdən itkilərimiz sürətlə böyüyüb».

Bunu iqtisadçı Nemət Əliyev bildirir.

Onun deməsinə görə, Azərbaycan Rusiya bazarlarına bu ilin yanvar-may aylarında cəmi 130 milyon dollarlıq mal sata bilib:

«Halbuki həmin dövrdə dəfələrlə kiçik olan Azərbaycan bazarlarına Rusiya 610 milyon dollarlıq malını sata bilib. Odur ki, Rusiya ilə 5 aylıq ticarətdən 480 milyon dollar həcmində valyuta itkimiz yaranıb. 2013, 2014 və 2015-cü illərin yanvar-mayında Rusiya bazarlarına uyğun olaraq 540 milyon, 240 milyon və 140 milyon dollarlıq mal satmışdıq»

Nemət Əliyev bildirir ki, son 3 ildə Rusiya bazarlarına mal satışının həcmi 4 dəfə azalıb. Nəticədə bu ölkə ilə ticarətdən Azərbaycanın valyuta itkiləri 6 dəfə artıb.

«Qarşılıqlı ticarət əlaqələrindən irəli düşən Rusiya olub»

«Bu il MDB ölkələri ilə 5 aylıq ticarətdən valyuta itkilərimiz 555 milyon dollar olub. Bunun da 86 faizindən çoxu Rusiya ilə ticarətin payına düşüb» - deyə iqtisadçı bildirir.

Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 1,9 milyard dollar təşkil edib. Azərbaycanda 600-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG