Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:21

Rusiyada itmiş təyyarə tapıldı


İL76 təyyarəsi, may, 2016
İL76 təyyarəsi, may, 2016

Rusiyanin İrkutsk vilayətində İl-76 təyyarəsinin qəzaya uğradığı yerdə həlak olmuş dördüncü ekipaj üzvünün meyiti də tapılıb.

Xəbəri Fövqəladə Hallar Nazirliyinin qərargahına istinadla TASS yayıb.

Bundan az əvvəl üç nəfərin cəsədinin tapıldığı deyilmişdi.

Axtarış işləri davam etdirilir. Qərargahdan bildirilib ki, aviaqəza nəticəsində əmələ gələn dağıntıların miqyası təyyarədə olan bütün heyət üzvünün öldüyünü deməyə əsas verir.

Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 on nəfərlik heyətlə meşə yanğınının söndürülməsində iştirak edirdi. İyulun 1-də o radarların ekranından itib. Təyyarə iki gün sonra - iyulun 3-də tapılıb. O tamam yanıb, yalnız quyruq hissəsi salamat qalıb.

XS
SM
MD
LG