Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 14:10

«Taliban» lideri ABŞ-ı işğala son qoymağa çağırdı


Haibatullah Akhundzada
Haibatullah Akhundzada

«Taliban»ın yeni lideri Haibatullah Akhundzada bu hərbi birləşməyə rəhbər təyin olunduğu vaxtdan bəri ilk müraciətində ABŞ-ı Əfqanıstanın «işğalına» son qoymağa çağırıb.

«Lazımsız güc və əzələ nümayiş etdirməkdənsə reallığı qəbul edin və işğala son qoyun», - bunu Akhundzada Ramazan ayının sonunu bildirən id-əl-fitr bayramı münasibətilə müraciətində deyib.

O, sələfi Mullah Akhtar Mansur-un ABŞ-ın hava zərbəsi nəticəsində ölümündən sonra hərəkatın başına keçib.

Akhundzada deyib ki, Kabil öz xarici müttəfiqləri ilə əlaqəni kəsərsə, siyasi razılaşma mümkündür. «Sizin qəsbkarlara dəstək və alət olmanız bizim keçmiş tariximizdə britaniyalılara və sovetlərə dəstək verən o iyrənc simalarla eynidir», - o, sözlərinə əlavə edib.

NATO ölkələri liderlərinin iyulun 8-9-da Varşavada keçiriləcək sammitində Kabil hökumətinə dəstəyin 2020-ci ilədək saxlanılmasının təsdiqlənəcəyi gözlənilir.

XS
SM
MD
LG