Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 20:47

Rusiyada təyyarənin yoxa çıxması araşdırılır


İl-76

Fövqəladə Hallar Nazirliyinə məxsus «İl-76» təyyarəsinin İrkutskda yoxa çıxması ilə bağlı cinayət işi açılıb. Rusiyanın İstintaq komitəsinin saytında deyilir ki, söhbət hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulmasından gedir.

Təyyarənin yoxa çıxması «aviasiya hadisəsi» kimi təqdim olunub. İstintaqın irəli sürdüyü versiyalardan biri kimi texniki nasazlıq və pilotların səhvi göstərilib.

İyulun 1-də «İl-76» təyyarəsi 10 ekipaj üzvü ilə bərabər meşə yanğınını söndürmək üçün yola çıxıb. Təyyarənin yoxa çıxdığı ərazidə qatı tüstü müşahidə olunub.

Fövqəladə Hallar Nazirliyi axtarış əməliyyatlarına başlayıb. Təyyarənin düşmə ehtimalı olan əraziyə 3 xilasedici qrup göndərilib.

XS
SM
MD
LG