Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:07

Daha bir intihar xəbəri Tovuzdan gəlib


Foto illüstrasiya

Tovuz rayonunda da intihar hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, rayonun Aşağı Quşçu kənd sakini, 57 yaşlı Manaf Məmmədovun yaşadığı evdə asılmış meyiti aşkarlanıb.

Onun özünü asdığı güman edilir, ancaq bunun səbəbi açıqlanmır.

Faktı Tovuz rayon Prokurorluğu araşdırır.

Tovuz rayonunda baş verən bu hadisə bu gün gələn ilk intihar xəbəri deyil.

Günün əvvəlində Bülbülə qəsəbəsində 22 yaşlı Nəcibə Amoyevanın yaşadığı evdə özünü asdığı deyilirdi.

Dünən isə ölkədə 3 intihar hadisəsinin baş verdiyi bildirilirdi.

Onlardan birinin, Neftçala rayonunun 1-ci Qaralı kənd sakini, 19 yaşlı Şəfa Məmmədovanın meyiti Kür çayından elə bu səhər çıxarılıb.

Son vaxtlar ölkədə intihar hallarının artdığı deyilir. Ekspertlər ölkədə intiharların səbəblərini obyektiv araşdırmalı olan ayrıca mərkəzin yaradılmasını təklif edirlər.

XS
SM
MD
LG