Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:13

Rusiyada yeni «xarici agent»lər tapılır


«Pskovskaya quberniya» qəzetinin baş redaktoru Denis Kamalyagin.
«Pskovskaya quberniya» qəzetinin baş redaktoru Denis Kamalyagin.

Rusiyanın Ədliyyə Nazirliyi «Pskovskaya quberniya»nı nəşr edən «Svobodnoye slovo» (Azad söz) adlı qeyri-kommersiya təşkilatını «xarici casus» elan edib. Nazirlik iyunun 30-da apardığı yoxlamadan sonra bu nəticəyə gəlib.

AzadlıqRadiosunun rus xidməti xəbər verir ki, Ədliyyə Nazirliyinin yoxlama aktında təşkilatın Rusiyada xarici mənbələrdən maliyyələşən hüquqi şəxsdən pul aldığı deyilir.

Söhbət Rusiya KİV-lərini dəstəkləyən «Sreda» (Çevrə) fondunun mükafatından gedir. Adıçəkilən təşkilat 2015-ci ilin fevralında «Pskovskaya quberniya» da daxil olmaqla, 9 Rusiya nəşrini mükafatlandırıb. Az sonra, həmin ilin iyununda işadamı Dmitry Zimin-in yaratdığı və maliyyələşdirdiyi xeyriyyə təşkilatı «xarici casus» elan edilib.

2016-cı ilin aprelində həmin mükafatın başqa nominantı eyni şəkildə «damğalanıb». «Ulitsa Moskovskaya» qəzetini dərc edən qeyri-kommersiya təşkilatı - «Valentin Manuylov» nəşriyyat evi də «xarici casus»lar siyahısına daxil edilib.

«Pskovskaya quberniya» müstəqil qəzetdir, 2000-ci ildən çıxır. Məhz bu qəzet ilk dəfə Hava Desant Qoşunları diviziyasının Donbasdakı hərbi münaqişədə iştirakı ilə bağlı faktları dərc etmişdi. «Svobodnoye slovo» təşkilatının təsisçiləri arasında müxalif siyasətçi, «Yabloko»nun Pskovdakı lideri Lev Shlosberg də var. Ötən il o, vilayət dumasının deputatı kimi səlahiyyətlərindən məhrum edilib.

XS
SM
MD
LG