Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:31

Köməkçinin özünü çaya atmaq istədiyi deyilir


Körpü
Körpü

Şəki rayonunda hakim köməkçisinin özünü çaya atmaq istədiyi bildirilir.

Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, hadisə Şin kəndində qeydə alınıb.

Kənd sakini, 31 yaşlı Spartak İsmayılovun özünü Kiş çayına atmaq istədiyi bildirilir. Cəhdin qarşısını polis əməkdaşlarının aldığı söylənir.

Faktla bağlı araşdırma aparılır.

S.İsmayılovun Şəki Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işlədiyi deyilir. Onun külli miqdarda borcu olduğundan intihara cəhd etdiyi bildirilir.

Dünən də Neftçala rayonunun 1-ci Qaralı kənd sakini 19 yaşlı Şəfa Məmmədovanın özünü Kür çayına atdığı söylənirdi. 19 yaşlı qızın meyiti bu gün səhər Kürdən çıxarılıb.

Son vaxtlar ölkədə intihar hallarının artdığı açıqlanır. Ekspertlər ölkədə intiharların səbəblərini obyektiv araşdırmalı olan ayrıca mərkəzin yaradılmasını təklif edirlər.

XS
SM
MD
LG