Keçid linkləri

2017, 26 İyun, Bazar ertəsi, Bakı vaxtı 12:50

22 yaşlı qızın özünü asdığı deyilir


Foto illüstrasiya

Bakıda intihar hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 22 yaşlı Nəcibə Amoyevanın yaşadığı evdə asılmış meyiti aşkarlanıb. Bunu Suraxanı Rayon Prokurorluğu da təsdiqləyib.

Hadisənin səbəbi, hələlik, məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Dünən ölkədə 3 intihar hadisəsinin baş verdiyi bildirilirdi.

Onlardan birinin, Neftçala rayonunun 1-ci Qaralı kənd sakini 19 yaşlı Şəfa Məmmədovanın meyiti Kür çayından elə bu səhər çıxarılıb.

Son vaxtlar ölkədə intihar hallarının artdığı deyilir. Ekspertlər ölkədə intiharların səbəblərini obyektiv araşdırmalı olan ayrıca mərkəzin yaradılmasını təklif edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG