Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:14

Banqladeşdə polis 13 girovu azad etdi


Dəkkədə terror
Dəkkədə terror

100 polis əməkdaşı Banqladeşin paytaxtı Dəkkədə zirehli texnikanın yardımı ilə restoranda silahlıların girov götürdüyü 13 nəfəri azad ediblər. Onların arasında 3 əcnəbi də var. Restoran diplomatik nümayəndəliklərin, o cümlədən ABŞ səfirliyininyerləşdiyi ərazidədir.

Bu haqda polisin yaydığı məlumatda deyilir.

Polis iyulun 2-də hücum zamanı ərəbcə «Allah böyükdür!» qışqıran altı silahlını güllələyərək öldürdüyünü bildirir. Xilasetmə əməliyyatından öncə polis 8 və ya 9 silahlı ilə 10 saat davam edən uğursuz danışıqlar aparıb. Reydin sonunda içəridən iki partlayış səsi eşidilib.

Baş verənlərə görə məsuliyyəti «İslam dövləti» öz üzərinə götürüb və 24 nəfəri öldürdüyünü bildirib, onların fotolarını internetdə yayıb. Ancaq Banqladeş rəsmiləri silahlıların tələblərini yerinə yetirməyib.

XS
SM
MD
LG