Fransada keçirilən futbol üzrə Avropa çempionatı 1/4 final mərhələsinin oyunları davam edir.
İyulun 1-də daha bir oyun keçirilir.
Uels bu gün Belçika millisi iləqarşılaşır
Lilldə keçirilən oyun Bakı vaxtı ilə saat 23:00-da başlayır.
Qeyd edək ki, dünən 1/4 final mərhələsinin ilk görüşündə Portuqaliya millisi Polşaya penaltilər seriyasında 5:3 hesbı ilə qalib gələrək yarımfinala çıxdı.
Almaniya millisi iyulun 2-də İtaliya, Fransa isə iyulun 3-də İslandiya ilə qarşılaşacaq.
1 iyul
23:00. Uels - Belçika
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Nikola Ritsoli (İtaliya)
2 iyul
23:00. Almaniya - İtaliya
3 iyul
23:00. Fransa - İslandiya