Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:35

Hovuza girməyən müsəlman qızlara vətəndaşlıq verilmədi


Illüstrasiya
Illüstrasiya

-

Bu yaxınlarda İsveçrə hökuməti oğlanlarla qızların birgə oxuduğu məktəbdə oğlanlarla bir yerdə üzmək istəməyən müsəlman mühacir qızlara vətəndaşlıq verməkdən imtina edib.

Xəbəri İsveçrə mətbuatına istinad edən "USA Today" qəzeti yayıb.

Xəbərdə deyilir ki, "Adları açıqlanmayan qızlar bildiriblər ki, onların dini inancı onların oğlanlarla eyni zamanda hovuzda icbari üzgüçülük dərsləri almasına mane olur. ...Bazelin rəsmiləri bildiriblər ki, bacılar məktəb proqramına tabe olmadıqlarına görə onların vətəndaşlıq ərizələri rədd edilib."

*75 min istifadəçi Youtube Kanalımıza abunədir. Hər gün yeni videolardan xəbəri olur - Sən də abunə ol və videoları izlə

"USA Today" daha sonra yazır ki, "ABŞ və bir çox başqa ölkələrdən fərqli olaraq İsveçrədə vətəndaşlıq alınması üçün cəmiyyətə inteqrasiya ölkənin tarixi və siyasəti barədə biliklərdən daha vacibdir. Vətəndaşlığa namizədlər öz icmalarına kifayət qədər yaxşı inteqrasiya etdiklərini, yerli adət və ənənələrə hörmətlə yanaşdıqlarını sübut etməlidirlər."

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatına görə İsveçrənin əhalisinin təxminən 5 faizi müsəlmandır. Əhalinin 70 faizdən çoxu xristiandır. 21,4 faizin isə hər hansı bir dini inancı yoxdur. Ölkə konstitusiyasında "din və vicdan azadlığı", habelə insanların "tək, yaxud da başqaları ilə birlikdə" dini və ya fəlsəfi baxışı "seçmək" və ona "itaət etmək" hüququ təsbit edilib. “Ancaq son illərdə İsveçrə hökuməti qanunvericilikdən istifadə edərək müsəlman mühacirlər arasında mədəni assimilyasiyanı təbliğ etməyə başlayıb.

____________________________________________________________

Bunlara da bax:
Corc Sorosdan İlham Əliyevə sərt tənqid
Manat niyə dəyərdən düşür?- Ekspert izah edir

____________________________________________________________

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 30 iyun

Azərbaycan bazarında saxta mallar
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 30 iyun

Pivəçi:"Dövlətdən xahiş edirəm, kömək eləsin"
XS
SM
MD
LG