-
İki gün öncə Ataturk hava limanındakı hücumdan sonra İstanbul polisi İslam Dövləti (İŞİD) şübhəlilərinə qarşı reydlər keçirir.
Anadolu agentliyinin iyunun 30-da yazdığına görə, polis şəhərin üç rayonunda binaları axtarıb. Ancaq həbslər barədə məlumat verilmir.
Hakimiyyət 42 nəfərin ölümü, 230 nəfərin yaralanmasıyla nəticlənmiş hücuma görə İŞİD ekstremist qrupunu ittiham edib.
İyunun 25-də isə Suriyayla sərhəddə iki İŞİD şübhəli yaraqlısı öldürülüb. Məlumatı Anadolu agentliyi iyunun 30-da yayıb. Həmin şəxslərin sərhədi qanunsuz keçməyə cəhd göstərdiyi bildirilir.