Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Zahid Oruca töhmət verildi


Zahid Oruc

-

Bu gün Milli Məclisin intizam komissiyasının iclası olub.

Komissiyanın sədri Ağacan Abiyev APA-ya bildirib ki, iclasda spiker Oqtay Əsədovun müraciəti əsasında Milli Məclisin son sessiyasında deputat Zahid Orucla onun arasında baş verən mübahisə müzakirə olunub. İclasda Z. Oruca irad bildirilib və şifahi töhmət elan edilib.

İyunun 24-də MM-in növbədənkənar sessiyasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə düşmüşdü.

O.Əsədov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı mövzuya uyğun danışmamasını Z.Oruca irad tutmuşdu. Deputat isə yerindən danışaraq spikerə cavab qaytarmışdı.

Oqtay Əsədov da Zahid Orucu iclası pozmaqda, nizam-intizama əməl etməməkdə ittiham edib, onun danışmasına imkan verməmişdi.

XS
SM
MD
LG