Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:33

İtaliyadakı rüşvət qalmaqalının Azərbaycandakı əks-sədası


Bayraq meydanı
Bayraq meydanı

-

Demokratikləşmə prosesi, İtaliyadakı rüşvət qalmaqalında Azərbaycanın adının keçməsi və Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının mümkün təsirləri bu gün medianın aparıcı mövzusudur.

DEMOKRATİK DƏYƏRLƏRƏ HÖRMƏT

«Azərbaycan» qəzetində «Azərbaycan demokratikləşmə yolunda qətiyyətli addımlar atır» sərlövhəli məqalə dərc edilib.

Müəllifyazır ki, ölkədə insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm işlər görülür, Azərbaycanın dünya birliyindəki nüfuzu getdikcə artır.
Yazıda qeyd edilir ki, hər bir müstəqil dövlətin dünyadakı imicini demokratik proseslərin inkişafına verdiyi önəm, insan hüquq və azadlıqlarının müdafiəsinə münasibəti müəyyənləşdirir:

«Bu ay Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının açılışında çıxış edən qurumun sədri Pedro Agramunt da Azərbaycanla əməkdaşlığı, ölkədə insan haqları, demokratiya və hüquqi dövlət sahəsində həyata keçirilən layihələri alqışlayıb. Bu da bir daha sübut edir ki, Azərbaycan demokratikləşmə yolunda qətiyyətli addımlar atır. Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan Azərbaycan insanların layiqli həyat şəraitinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir».

Yazıda daha sonra prezidentin son əfv fərmanından və parlamentin qəbul etdiyi amnistiya aktından bəhs olunur. Müəllif yazır ki, Azərbaycan dövlətinin əsas məqsədi insanın hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir: «Demokratik proseslərin və milli inkişafın ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi hər bir dövlətin ali vəzifəsidir».

Luka Volonte
Luka Volonte

STRASBURQDA «QAN PULU»

«Azadlıq» qəzetində dərc edilən «Vətəndaşı əzmək üçün xərclənən milyonlar» sərlövhəli məqalədə isə «Azərbaycan» qəzetində yer alan fikirlərin tamamilə əksinə rast gəlirsən.

Yazıda qeyd edilir ki, «Azərbaycanın dünyaya tanıdılması» adı ilə mənasız layihələrə milyonlarla pul xərclənir. Müəllifin fikrincə, dünya isə Azərbaycanda baş verənləri çox yaxşı bilir: «İndi bütün dünya bilir ki, Azərbaycanda korrupsiya, inhisar, hüquqsuzluq, saxtakarlıq tüğyan edir. İqtidarındaxili və xarici siyasəti rüşvət üzərində qurulub».

Müəllif yazır ki, artıq «kürü diplomatiyası» işə yaramır.

Yazıda daha sonra son günlər İtaliya mətbuatında deputat Luka Volonte ilə bağlı getmiş iddialara yer verilir. Müəllif yada salır ki, deputat Elxan Süleymanovun AŞPA-da Strässer-in «Azərbaycanda 85 siyasi məhbus»la bağlı hesabatını pozmaqdan ötrü bu qurumun sədr müavini Luka Volonte-yə 2.4 milyon avro rüşvət verdiyi iddia olunur: «Bəli, hakimiyyət vətəndaşı asanlıqla əzə bilmək üçün Avropada gözləri bağlamaq istəyir. AŞPA-da verilən 2.4 milyon avro vətəndaşın «qan pulu» olub. Qanına susadıqları vətəndaşların qanlarını batırmaq cəhdi olub».

Vüqar Bayramlı
Vüqar Bayramlı

AVROPADAN ƏSƏN KÜLƏK

«Yeni Müsavat» qəzeti Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının Azərbaycana mümkün təsirlərini iqtisadçı Vüqar Bayramlı ilə dəyərləndirməyə çalışıb.

V.Bayramlı qəzetə deyib ki, bu addımın Azərbaycana da mənfi təsirləri olacaq: «Azərbaycana mənfi təsiri olmadığını söyləmək doğru olmazdı. Çünki Böyük Britaniyanın Avropa Birliyindən çıxması haqda nəticələr elan olunduqda, Azərbaycanda dollar qıtlığı yarandı».

V.Bayramlı deyir ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin yarısı Avropa qitəsi ilə bağlıdır. Ekspertin fikrincə, bu, istənilən halda Azərbaycan iqtisadiyyatına öz təsirini göstərəcək: «Ayrılma nəticəsində dünya iqtisadiyyatında gedən proseslər ölkəmizin də gəlirlərinə təsir göstərəcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG