Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:03

'İdmançılarımızın dopinqdə ilişməsinin səbəbi bax budur'


►“Nə danışırlar, Avropa Oyunlarında bizə o qədər vəsait ayırmışdılar ki...”

“Bizim avarçəkənlər heç vaxt dopinqdə ifşa olmayıblar. Amma idmançılarımızn cəmi iki dəfə dopinq testi keçməsi ilə bağlı yazılanları mən də oxudum. Elə deyil”

“Qanda kofein olanda onu da sayırlar”

“Heç özüm də bilmirəm ki, necə olub məndə dopinq tapılıb. Özü də tək mən deyiləm, başqa idmançılarımız da var. Bilirsiniz, xaricilər necə istəyir, elə də edirlər. Biz idmançıyıq, mən ona necə sübut edə bilərəm ki, təmizəm? Mən dopinqdən istifadə etməmişəm. Əslində “dopinq” deyilən şey yoxdur, vitaminlər var. O vitamini adi insanlar da qəbul edir. Ona qalsa, qanda kofein çox olanda onu da sayırlar”.

İntiqam Zairov qanında dopinq aşkar edildiyi üçün 8 il beynəlxalq yarışlardan uzaqlaşdırılan Azərbaycan ağırlıqqaldıranlarından biridir. O, qopinq qəbul etmədiyini deyir.

İntiqam Zairov: Heç özüm də bilmirəm ki, necə olub məndə dopinq tapılıb
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

Qanında aşkar olunan dopinqə görə isə xariciləri günahkar bilir. Beynəlxalq yarışlardan uzaqlaşdırılandan sonra İntiqam Zairov, hələ ki, işsizdir. Ancaq fikirləşir ki, çox boş qalmaz:

“17 il təcrübəm var, yəqin, kənara atmazlar”.

Boyanka Kostova - dopinqdə "ilişən" Azərbaycan idmançısı
Boyanka Kostova - dopinqdə "ilişən" Azərbaycan idmançısı

Ümumdünya Antidopinq Agentliyi Azərbaycanı ölkə idmanında dopinq yoxlanışları proqramına malik olmamaqda günahlandırıb. Bu haqda “Inside the Games” saytı yazıb.

Məqalədə deyilir ki, Azərbaycan üzrə aparılmış antidopinq araşdırması zamanı ölkənin Avarçəkmə və Kanoy Federasiyasının 2015-ci ildə cəmi iki dopinq analizi keçirdiyi üzə çıxıb: “Beynəlxalq Avarçəkmə Federasiyasının (International Rowing Federation- FISA) bu barədə sorğusuna cavab verərkən idman rəsmiləri bildiriblər ki, Bakıda keçirilmiş Avropa Oyunlarına çəkilən xərclər dopinq analizləri üçün vəsait qoymayıb”.

“Ən imkanlı məmurların federasiyalarında da maliyyə problemi var”

“Azərbaycanda dopinq testlərini keçirə biləcək laboratoriya yoxdur”.

İdman jurnalisti Sərxan Musayev deyir ki, belə bir laboratoriya olmadığından, Azərbaycandakı testlər, bir qayda olaraq, Rusiyaya göndərilirdi:

Sərxan Musayev: Bizim bir çox idmançıların da “yanmasının”, dopinqdə ilişməsinin bəlkə də bir səbəbi elə o oldu
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

“Rusiyadakı agentliyin də fəaliyyəti fırıldaq çıxdı. Ona görə də həmin laboratoriyanın fəaliyyəti qadağan olundu. Bizim bir çox idmançıların da “yanmasının”, dopinqdə ilişməsinin bəlkə də bir səbəbi elə o oldu. Çünki ordan düzgün cavab alınmırdı. O ki qaldı pul məsələsinə, doğrudur, federasiyalarda maliyyə problemi var. Ən imkanlı məmurların, nazirlərin belə cavabdehlik daşıdığı federasiyaların da maliyyə problemi var. Yəqin ki, Avarçəkmə Federasiyasında da bu problem var. Ancaq bu dərəcədə açlqlama vermək ki, “Avropa Oyunlarına görə pulumuz qurtarıb, dopinq testi keçirməyə pulumuz yoxdur”, bu, olduqca gülməli səslənir. Necə yəni, idmançılardan il ərzində bir-iki dəfə dopinq testi vermək bu qədərmi bahadır?”

“Bu məsələni araşdıracağam”

Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse- prezidenti Natiq Abbasov isə deyir ki, idmançılar proqram əsasında dopinqdən keçirlər. Onun fikrincə, Avropa Oyunlarının dopinq keçirməsinə pul qoymaması haqda deyilənlər də doğru deyil:

Natiq Abbasovun fikrincə, Avropa Oyunlarının dopinq keçirməsinə pul qoymaması haqda deyilənlər də doğru deyil
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00

“Bizim avarçəkənlər heç vaxt dopinqdə ifşa olmayıblar. Amma idmançılarımızn cəmi iki dəfə dopinq testi keçməsi ilə bağlı yazılanları mən də oxudum. Elə deyil. Bizim avarçəkənlər proqrama, plana uyğun olaraq, dopinq testlərindən keçir. Yazılanlar mənə də təəccüblü gəldi. Bu məsələni sabah araşdıracağam. Pul olmadığına görə dopinq testlərinin keçrilməməsi haqda deyilənlər mənə də təəccüblü gəldi. Avropa Oyunlarında vəsaitlər də kifayət qədər ayrılmışdı. Nə danışırlar, Avropa Oyunlarında bizə o qədər vəsait ayırmışdılar ki... vəsait çox idi”.

____________________________________________________________

Bunlara da bax:
Üçəmlərin nənəsi: “Yenə də ümid vermirlər”
'Dollar manat qarşısında dəyər qazanmaqda davam edəcək'

____________________________________________________________

Məsələyə Gənclər və İdman Nazirliyinin də münasibətini öyrənmək istədik. Ancaq qeyri-iş günü olduğundan mətbuat xidmətindən gün ərzində zənglərimizə cavab verən olmadı.

Gənclər və İdman Nazirliyinin Dopinqə Qarşı Mübarizə Sektorunun müdiri İradə Rüstəmzadə isə danışmaq imkanının olmadığını bildirdi.

“Təzə məsələ deyil”

Azərbaycanda idmançılardan dopinq tapılması ilə bağlı qalmaqal təxminən 5 il əvvəl başlayıb. 2014-cü ildə 2013-cü ilin nəticələrinə görə, 18 ağır atlet dopinqə görə cəzalandırılıb. 2015-ci ildə daha 6 ağır atletdə dopinq aşkarlanıb. Buna görə Azərbaycan bu ilki Rio Olimpiadasındakı iki yerindən məhrum edilib. Bu günlərdə isə Azərbaycanın ağırlıqqaldırma üzrə 7 atleti dopinq testdən keçə bilmədiklərinə görə, 8 il müddətinə yarışlardan diskvalifikasiya edilib.

Bundan sonra Ağır Atletika Federasiyasının rəhbərliyində dəyişikliklər olunub. Prezident İlham Əliyevin bacısı oğlu Azər Əliyev federasiyanın vitse-prezidenti təyin edilib. Baş məşqçi postu isə hələ açıq qalır.

Dopinqlə bağlı elə bu qalmaqallı günlərdə Milli Məclisin gənclər və idman komitəsində “İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı işçi qrupun ilk iclası olub. Milli Məclisin saytı bildirir ki, məqsəd bu sahədəki qanunvericilik bazasını zənginləşdirməkdir.

“O qara səhifəni təmizləmək lazımdır”

İdman mütəxəssisi Kənan Həsənov bildirir ki, dopinqlə bağlı dəyişikliklər, qanunvericilik bazasının atrırılması bu sahəyə təkan verə bilər:

Kənan Həsənov: Bu, doğrudan da, Azərbaycan idmanında qalmaqala səbəb olacaq bir məsələ idi
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

“Bu, doğrudan da, Azərbaycan idmanında qalmaqala səbəb olacaq bir məsələ idi. Dövlət səviyyəsində də nəzarətdə olan bir məsələdir. Ona görə də federasiyada ciddi dəyişikliklər baş verdi. Artıq Azərbaycan ağırlıqqaldırmasına çox ciddi zərbə dəyib. Çalışıb bundan sonra o qara səhifəni təmizləmək lazımdır. Milli Məclisdə də artıq qanun qəbul olunsa, bu məsələyə töhfə olar. Bəlkə də gecikmiş addımdır. Ancaq heç olmasa, bundan sonra bu məsələyə diqqət ayrılır. Düzdür, dopinq məsələsi cinayət sayılmır, idmançı özü özünə edir. Ancaq dərindən yanaşanda görürsən ki, bunu edən idmançı mübarizə apardığı rəqiblərin də haqqını tapdalayır. Bu, oğurluğa bənzəyən bir şeydir”.

Buna da bax: Sovetskidə yanğın olub

Sovetskidə yanğın olub
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun

Uşaqlar niyə intihar edir?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında- 27 iyun

Azərbaycan səhiyyəsi beynəlxalq reytinqlərdə
XS
SM
MD
LG