Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 20:47

İntiharların qarşısının alındığı deyilir


Foto arxiv

-
Yasamal rayonunda iki nəfərin binanın damına çıxıb intihar etmək istədiyi bildirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, mərkəzə Yasamal rayonunda iki nəfərin intihar məqsədilə tikilməkdə olan onaltımərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub:

«Xilasedicilərin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşlarla apardıqları psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxslər aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 07:39-da başa çatıb»,-deyə məlumatda bildirilir.

Ancaq bu iki şəxsin kimliyi və intihar etmək istəmələrinin səbəbi açıqlanmayıb.

Azərbaycanda son vaxtlar intihar hallarının artdığı bildirilir. Təkcə son 4 gündə 8 nəfərin özünü asdığı deyilir.

XS
SM
MD
LG