Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:30

Kollina laynsmanlardan razıdır


Pierluigi Collina
Pierluigi Collina

-

AÇ-2016-nın final mərhələsində hakimlərin fəaliyyəti ümumilikdə qənaətbəxş sayılır. Bu fikirlə Pyerluici Kollina da razıdır.

UEFA-nın Hakimlər Komitəsinin rəhbəri olan məşhur italyan qitə çempionatında xüsusilə laynsmanların çıxışından razılıq edib:

“Laynsmanlar ofsaydın mövcud olub-olmadığı məqamların 92,8 faizində doğru qərar çıxarıb. AÇ-2016-da bu planda göstərici 93,45 faiz təşkil edir. Bu böyük nailiyyətdir, odu ki, yan xətt hakimlərinin fəaliyyətindən razıyam”.

İslandiya yığmasının texniki sponsoru olan Unisport bu yığmanın üzvlərinin futbolkalarının satış həcminin 1800 faiz artdığını bildirib. Goal.com saytının yaydığı xəbərə görə, indi islandiyalıların formaları şirkətin saytı vasitəsi ilə dünyada ən çox satılan formalar arasında ilk “6-lığ”a düşüb.

Xatırladaq ki, AÇ-nin debütanlarından olan İslandiya 1/8 finala çıxmağı bacarıb və iyunun 27-də İngiltərə ilə qarşılaşacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG